waplog

“ASUS” şirkəti yeni “PadFone S” smartfonunun versiyasını təqdim edib


Tayvanın “ASUS” şirkəti “PadFone S” smartfonunun yeni versiyasının satışına başlamağa hazırlaşır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, istehsalçının rəsmi saytına əsasən, yeni “ASUS PadFone S” smartfonu 3 QB əməli yaddaş və 64 QB-lıq fləş daşıyıcı ilə təchiz edilib. Halbuki əvvəllər bu aparat 2 QB əməli və 16 QB daxili yaddaşa malik idi.
 
Smartfon 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, “Qualcomm Snapdragon 801” prosessoru, 13 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralar, 2300 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib və “ASUS ZenUI” interfeysli “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Mobil qurğu “NFC”, “LTE” və “GPS/QLONASS” simsiz kommunikasiya modullarını dəstəkləyir.
 
“PadFone S” smartfonunun yeni versiyası orijinaldan yalnız əməli yaddaşın həcmi ilə fərqlənir, qalan texniki xarakteristikalar eynidir. Qurğu ilk öncə Tayvan bazarında, daha sonra başqa ölkələrdə satılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL