waplog

İnternet reklam bazarının gələcəyi təhlükədədir?


"The Financial Times" (FT) nəşri yazır ki, "Google", "Microsoft" və "Amazon" şirkətləri Almaniyanın "Eyeo" startapına pul ödəyiblər ki, sonuncunun "Adblock Plus" proqramı saytlarda İT nəhənglərinin reklamını bloklamasın.

Qəzetin mənbələri bildirib ki, internet şirkətləri "Eyeo" startapı ilə xüsusi məxfi müqavilə bağlayıblar. "FT" nəşri yazır ki, bu fakt 120 milyard dollar məbləğində qiymətləndirilən internet reklam bazarı "oyunçu"larının öz gəlirləri üçün potensial təhlükə görməsindən xəbər verir.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Adblock Plus" saytlarda reklamı bloklamağa imkan verən brauzerlər üçün ən populyar genişlənmədir. Almaniyanın "Eyeo" şirkəti tərəfindən hazırlanıb. Proqram 300 milyon dəfədən çox yüklənilib. Aylıq aktiv istifadəçilərin sayı 50 milyondur.

Nəşr yazır ki, "Google" və "Amazon" şirkətləri bu yazıya münasibət bildirməyiblər. "Microsoft"un nümayəndəsi isə bildirib ki, şirkət həmişə müştərilərinə reklam haqda seçim imkanı qoyur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL