waplog

Dövlət Statistika Komitəsinin saytının statistik göstəriciləri açıqlanıb


Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsində yerləşdirilmiş internet səhifələri təkmilləşdirilərək müasirləşdirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat komitənin 2014-cü ildəki fəaliyyətinə dair hesabatda əksini tapıb.
 
Hesabatda qeyd edilir ki, hazırda məlumat bazası özündə Azərbaycanın iqtisadi vəziyyətini, beynəlxalq əlaqələrini, makroiqtisadi meyillərini, istehsal proseslərini, iqtisadiyyatda struktur dəyişikliklərini əks etdirən əsas sosial-iqtisadi göstəricilər üzrə 10 minə yaxın cədvəl, təhlil və metodoloji materialı əhatə edir.  2015-ci il yanvarın 1-i vəziyyətinə məlumatlar bazası da daxil olmaqla, səhifənin məlumat həcmi 18 Gb təşkil edib. 2014-cü ildə internet səhifəsindən hər gün orta hesabla 1652 istifadəçi bəhrələnib.
 
Veb səhifəyə il ərzində 603014 nəfər daxil olub ki, onlardan da 571381 nəfəri Azərbaycandan, qalan hissəsi isə digər dünya ölkələrindən olub.
 
Həmçinin il ərzində statistik hesabatların təqdimatı üçün internet vasitəsilə 1815000 müraciət daxil olub.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL