waplog

İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində Belçika-Azərbaycan biznes forumu keçiriləcək


Bir sıra sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları istiqamətində Belçika-Azərbaycan Biznes Forumu keçiriləcək.

Forum Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Belçikanın ən yüksək inkişaf etmiş bölgəsi olan Antverpen nahiyəsində bu ilin 29 iyun – 02 iyul tarixlərində reallaşacaq.
 
 ASK-dan verilən məlumata görə, sözügedən tədbirdə İT, alternativ enerji, enerji qənaətli tikinti, tekstil, turizm, kənd təsərrüfatı, nəqliyyat, loqistika sahələrini təmsil edən Belçika şirkətləri iştirak edəcəklər.
 
Azərbaycan sahibkarlarının da dəvət olunduğu forumda İT sahəsində əldə olunan nəticələrin nümayişi ilə yanaşı, bu sektorun gələcək perspektivləri və qarşılıqlı əlaqələr müzakirə olunacaq.
 
 
Forumda iştirak etmək istəyən nümayəndələr özləri haqqında bütün lazımi məlumatları ASK-ya (sabbasova@ask.org.az) bildirməlidir. Məlumat üçün bildirək ki, biznes forumda iştirak güzəştli şərtlərlədir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL