waplog

Jurnalist tələbələrə hazırladıqları xəbərləri sosial şəbəkələrdə yaymaq yolları öyrədiləcək


BDU-nun jurnalistika fakültəsinin tələbələrinin təşəbbüsü ilə həyata keçirilən “Tələbədən tələbəyə - 2” layihəsinə start verilib. Onlayn media üzrə jurnalist, media menecer olmaq istəyənlər üçün nəzərdə tutulan təcrübə proqramının müddəti 3 aydır və proqram pulsuz həyata keçirilir.
 
“Tələbədən tələbəyə″ layihəsinə qəbul olunacaq şəxslərə xəbər yazma, redaktə, foto jurnalistika, montaj, radioverilişlərin hazırlanması, sosial media marketinqi, bloq dərsləri keçiriləcək. Fevral-may aylarını əhatə edəcək təcrübə proqramı təqdimat və praktika hissələrindən ibarət olacaq.
 
 
Seçilənlər təcrübəli tələbə jurnalistlərdən həm dərslər alacaqlar, həm də öyrəndiklərini həyata keçirib təcrübə qazanacaqlar. İştirakçılar praktik hissədə xəbər yazmaq, redaktə etmək, foto və video çəkmək, videomontaj, kameramanlıq, hazırladıqları material sosial şəbəkələrdə yaymağı öyrənəcəklər. "Tələbədən tələbəyə" layihəsini bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.
 
 
Arzu edən şəxslər CV-lərini fevral ayının 6-sına qədər göndərə bilərlər. CV göndərənlər arasından seçilən şəxslər müsahibədə iştirak etmək üçün dəvət olunacaqlar.
 
 
SEYMUR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL