waplog

Daşınan elektronika mobil trafikin artımını stimullaşdırır


“Cisco” şirkətinin analitiklərinin nəticəsinə əsasən, daşınan elektronikanın populyarlaşması mobil şəbəkələrdə trafikin həcminin nəzərəçarpacaq artımına səbəb olacaq.

Analitiklərin proqnozuna görə, 2019-cu ilədək aktiv daşınan qurğuların sayı 578 milyona çatacaq. 2014-cü ildə bu göstərici 109 milyon olub. Beləliklə, sözügedən bazarın həcmi 5 dəfə yüksələcək, bu dövrdə mobil məlumatların ötürülməsi trafiki 18 dəfə yüksələcək. ABŞ-ın şəbəkə avadanlığı istehsalçısının hesabatına əsasən, kompüterləşmiş saat, eynək və başqa belə cihazların yüksək töhfəsinə baxmayaraq, məhz smartfonlar əsas trafiki generasiya edəcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əksər daşınan qurğular tamfunksional iş üçün smartfona qoşulma tələb edir. Bu halda daşınan elektronika istifadəçiləri adi mobil telefon sahibləri ilə müqayisədə ayda orta hesabla 6 dəfə çox veb trafik işlədir.

Gözləntilərə görə, 4 il sonra mobil şəbəkələrə qoşulmaların sayı 11,5 milyarda çatacaq və onların əksər hissəsi smartfon, planşet və noutbuklar daxil olmaqla şəxsi yığcam aparatların payına düşəcək. 3,2 milyard qoşulmanı isə M2M kommunikasiyalar təşkil edəcək.

“Cisco”nun proqnozuna əsasən, 2019-cu ilədək planetin əhalisinin 69 faizdən çoxu (5.2 milyard) mobil qurğulardan istifadə edəcək. Cihazların yüksək populyarlığı ona gətirib çıxaracaq ki, qlobal simsiz trafikin həcmi 30 ekzabaytdan (2014) 292 ekzabaytadək (2019) yüksələcək.

4 il sonra “Netflix”, “Spotify” və “YouTube” kimi “bulud” onlayn xidmətləri ümumi mobil məlumat trafikinin təxminən 90 faizini təşkil edəcək. 2014-cü ildə bu xidmətlər üzərindən təxminən 2 ekzabayt rəqəmli informasiya ötürülüb və 2019-cu ilə bu göstərici 21,8 ekzabaytadək yüksələcək.

Multimedia xidmətlərinə yüksək tələbat smartfon və planşetlərdə internetə daha yüksəksürətli çıxış tələb edir. “Cisco”nun proqnozuna görə, 2019-cu ildə dünyada qlobal internetə mobil qoşulmanın orta sürəti 4 Mbit/s-dək yüksələcək. 2014-cü ildə bu göstərici 1,7 Mbit/s təşkil edib.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL