waplog

Daxili İşlər Nazirliyinin elektron xidmətinin inzibati reqlamentində dəyişiklik edilib


Daxili İşlər Nazirliyinin kollegiyası "Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də dəyişiklik edib.
 
"ICTnews elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, kollegiyanın 2013-cü il 4 dekabr tarixli Q55-001-13 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in 1.3.1-ci və 3.3.2-ci yarımbəndlərində "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar" sözləri "Pasportlar" sözü ilə əvəz edilib.
 
Qeyd edək ki, bu xidmət Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL