waplog

Çin şirkəti səkkiznüvəli yeni fabletini təqdim edib


Çinin “ZTE” şirkətinin çeşidinə “Blade S6 Lux” smartfonu əlavə edilib. Satış qiymətinin ucuz olmasına baxmayaraq, texniki xarakteristikaları kifayət qədər yaxşıdır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, fabletlər sinfinə aid yeni qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz olunub.

Videozənglər və fotoqrafiya portretlərinin yaradılması üçün nəzərdə tutulmuş ön kameranın təsvir ölçüsü 5 meqapikseldir. Qurğunun arxa hissəsində quraşdırılmış kamera 13 meqapiksellik matrisə malikdir.
Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. İstehsalçı avtonom iş müddətini açıqlamayıb. “MiFavor 3.0” istifadəçi interfeysli “Android 5.0 Lollipop” əməliyyat sistemi quraşdırılıb.
“ZTE Blade S6 Lux” qurğusunun satış qiyməti təxminən 320 dollardır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL