waplog

“Microsoft”un direktoru yaxın 10 ildə qələmdən istifadə edilməyəcəyini proqnozlaşdırıb


“Microsoft” korporasiyasının direktoru Satya Nadella deyib ki, ən yaxın 10 ildə qələmdən istifadə edilməyəcək. “ABC News” telekanalının efirində aparıcının suallarına cavab verən Nadella belə proqnoz səsləndirib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, bundan başqa, o, kriket oyununa sevgisini gizlətməyib və deyib ki, avstraliyalı məşhur kriket oyunçusu Donald Bredmenin yerində olmaqdan imtina etməzdi.

Satya Nadella, həmçinin deyib ki, gündə 8 saat yatır və səhər saat 7-də yuxudan oyanır. Bundan başqa, o, yemək hazırlamağı sevdiyini bildirib, amma bunun üçün vaxtı olmadığından şikayətlənib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL