waplog

Regionlarda yeni baza stansiyaları quraşdırılıb


“Aztelekom” İB Sumqayıt şəhərində, Abşeron  rayonunun  Hökməli  qəsəbəsində, Füzuli  rayonunun Böyük Bəhmənli  yaşayış məntəqəsində və eləcə də Qazax  rayonunda  CDMA  simsiz  telefon  şəbəkəsinin  yeni  baza  stansiyaları quraşdırılmaqla  bu ərazilər  də  şəbəkənin əhatə  dairəsinə daxil  edilib.

 Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, “3G” xidmətlərinin təqdim olunması nəzərdə tutulan planlar sırasındadır.

Qeyd edək ki, “Aztelekom” İB-nin CDMA tipli simsiz telefon abunəçilərinin sayı 20 mindən çoxdur.
 
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL