waplog

“Google” yeni robot it yaradıb (VİDEO)


"Google" şirkəti ötən ildən etibarən robotların yaradılması layihələrinə böyük maraq göstərməyə başlayıb.


"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Google"  ötən il "Boston Dinamics" şirkətini satın  alıb.
Bu günlərdə "Google" şirkətinin filialı, "Spot" adlanan, çəkisi 70 kiloqram olan kiçik ölçülü it robotunun videosunu paylaşıb. Bu robot avtonom enerji doldurma ilə təchiz edilib və otaqla yanaşı, açıq mühitdə də hərəkət edə bilər.


Yeni robot gəzintidə adi it kimi özünü apara bilər, hündürlüyə çıxa bilər və hətta insan zərbəsinə dayanıqlıdır.

 

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL