waplog

“HTC” orta səviyyəli “Desire 626” smartfonunu təqdim edib


“HTC” şirkəti orta səviyyəli yeni smartfonunu nümayiş etdirib. Aşağı satış qiyməti və qabaqcıl rəqəmli kameralar bu smartfonun əsas özəlliyidir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni model 5 düymlük “HD” formatlı ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz olunub. İstifadəçilər əlavə rəqəmli məzmunu çıxarılıb taxılan “microSD” daşıyıcılarında yadda saxlaya bilər.

Əsas kamera 13 meqapiksellik “BSI” təsvir ötürücüsünə və 1920x 1080 piksel təsvir ölçüsündə video çəkilişi funksiyasına malikdir. 5 meqapiksellik ön kamera videoçarx çəkə bilər.

Aparat “LTE”, “Wi-Fi 802.11n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modullarına malikdir. Akkumulyatorun tutumu 2000 milliamper/saat təşkil edir. Telefon danışıq rejimində 30 saat və gözləmə rejimində 760 saat işləyə bilər.

Cihazın ölçüləri 146,9x70,9x8,19 mm, çəkisi 140 qramdır. Aparata quraşdırılmış “Android” mobil əməliyyat sistemi “HTC Sense” interfeysinə malikdir.

“HTC Desire 626” smartfonu artıq satışda əlçatandır. Qurğunun dəyəri təxminən 190 dollardır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL