waplog

Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə daxil edilən məlumatların sayı 232-yə çatıb


Fevral ayının 1-nə qədər bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət reyestrlərinə 232 məlumat daxil edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin fevral buraxılışında yer alıb.

Məlumatlardan 78-i  Dövlət İnformasiya Ehtiyatları, 154-ü isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.

Yanvar ayının 1-nə olan statistik göstərici ilə müqayisədə Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil edilən məlumatların sayı 1 ədəd artıb.

Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.


Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.

CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL