waplog

“Google” “bulud” testləşdirilməsi üçün açıq aləti istifadəyə verib


“Google” şirkəti “bulud” proqramlarının ölçülməsi və müqayisəsi üçün test dəstinin bir hissəsi olan “PerfKit” açıq alətini istifadəyə verib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda “PerfKit” aləti “Google”un hesablama qurğuları olan “AWS Amazon” və “Microsoft Azure Cloud” ilə dəstəklənir.
 
Bu layihə üzərində 30-a yaxın tədqiqatçı, şirkət və istehlakçı işləyib, “ARM”, “Canonical”, “Cisco”, “Intel”, “Microsoft”, “Rackspace” və “Red Hat”.
 
Quraşdırılmış “PerfKit” 20-dək test standartını işə sala bilər - məhsuldarlıqdan başlayaraq məlumat bazası və birləşmə testləşdirilməsinədək. “Google” qeyd edib ki, digər testlərdən fərqli olaraq, bu alət yeni resursların “bulud”a keçirilməsinə də nəzarət edir.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL