waplog

Türkmənistanın ilk kosmik peykinin orbitə çıxarılma tarixi məlum olub


ABŞ-ın “SpaceX” şirkəti Türkmənistanın ilk “TurkmenAlem” kosmik rabitə peykini orbitə martın 30-da Kanavarel kosmodromundan buraxacaq. Bu barədə ABŞ-ın Türkmənistandakı səfiri Allan Mastard bildirib.  
 
2009-cu ildə ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov internet və televiziyanın inkişafına impuls vermək məqsədilə milli kosmik rabitə peyki yaratmaq barədə qərarın qəbul edilməsini bəyan edib. 2011-ci ildə Fransanın “Thales Alenia Space” şirkəti “Spacebus 4000” platforması əsasında aparatı layihələndirməyə başlayıb.
 
“Thales” və “SpaceX” şirkətləri ilə imzalanan sazişə əsasən, “TurkmenAlem” "Falcon 9” ikipilləli raketdaşıyıcısı vasitəsilə daimi geostasionar orbitə çıxarılacaq. İstismar müddəti 15 il təşkil edən peykin göyərtə aparaturası yerüstü radiostansiyaların siqnallarını qəbul edə, onları gücləndirə və yenidən digər yerüstü radiostansiyalara yayımlaya biləcək. Peyk Türkmənistan, Orta Asiya ölkələrini, İran, Türkiyə, Şimali Afrika və Avropanın böyük hissəsini yayımla təmin edəcək, - “TASS” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL