waplog

İqtisadiyyat və Sənaye Nazirliyi elektron xidmətində dəyişiklik edib


Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyası  “İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”də dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, 2.2-ci bəndin ikinci abzasına “Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsi ilə ödənilməlidir.” məzmunda ikinci cümlə əlavə edilib.
 
Həmin reqlamentə əlavə olunmuş ərizə formalarının 8-ci hissələrində “ödənilməsi barədə qəbzin” sözləri “ödənildiyini təsdiq edən sənədin” sözləri ilə əvəzlənib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL