waplog

Azərbaycan “Belarus Sənaye Forumu - 2015”-də təmsil olunacaq


12-15 may 2015-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Belarus Sənaye Forumu - 2015” təşkil olunacaq. “Avrasiya həftəsi” Belarusda – 2015” tədbiri çərçivəsində keçirilən forumda Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də iştirak edəcəklər.
 
Forum çərçivəsində bir sıra sənaye sərgilərinin keçirilməsi nəzərdə tutulub.
 
Forumun Təşkilat Komitəsindən bildirilib ki, “PROMEKSPO” beynəlxalq sərgisində əsas sənaye sahələrinin texnologiyalarla təchiz edilməsi üçün avadanlıq, alət və materiallar nümayiş etdiriləcək. “PROMENERQO” isə sənaye üçün energetika və elektrotexnika avadanlığının beynəlxalq sərgisidir. “Enerji resurslarının qorunması və ekologiya” sərgisi isə effektiv enerji, resursa qənaətedici texnologiyaların, eləcə də sənayedə ətraf mühitin qorunması texnologiyalarının nümayiş etdirildiyi beynəlxalq sərgidir. 
 
Növbəti sərgi “Elm və innovasiyalar” adlanır. Bu sərgidə elmi tədqiqat və konstruktor işləri, eləcə də sənayenin inkişafına yönələn innovasiya layihələri diqqətdə olacaq.
 
 
Forumun məqsədi daxili və xarici bazarlara istiqamətlənən yüksək texnologiyalı, rəqabətədavamlı məhsulların buraxılışı, yeni elmi tutumlu texnologiya və avadanlıqların tətbiqi, beynəlxalq kooperasiyanın inkişafı, respublika sənayesinə investisiyaların cəlb edilməsidir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL