waplog

ABŞ-da dronların kommersiya istismarı üzrə yeni qaydalar layihəsi dərc edilib


ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) pulsuz uçuş aparatlarının kommersiya istismarı üzrə yeni qaydalarını dərc edib. Gözlənilənlərin əksinə olaraq, pilotsuz dronların operatorlarına və uçuşlarına qoyulmuş yeni tələblər nisbətən liberal olub.
 
“The Verge” nəşri yazır ki, əgər əvvəllər uçuş aparatlarının kommersiya istifadəsi qadağan idisə (yalnız bəzi şirkətlər xüsusi icazə ala bilərdilər, iyulda belə icazə üçün “Amazon” şirkəti “FAA”-ya müraciət edib və “FAA” ümumilikdə 26 lisenziya verib), indi istənilən şirkət bu cür uçuşlar həyata keçirə biləcək. Lakin bunun üçün şirkətlər bəzi şərtləri yerinə yetirməlidirlər.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, yeni qaydalara əsasən, kommersiya pilotsuz təyyarələrinin operatorları müvafiq testdən keçərək vəsiqə almalıdırlar. 17 yaşa çatmış şəxslər lisenziya almaq hüququna malikdirlər. Operatorlara eyni zamanda 2 və daha çox uçuş aparatlarını idarə etmək qadağan edilib.
 
Uçuşlara qoyulmuş tələblərə gəlincə, kommersiya uçuş aparatlarına 150 metrdən yuxarı hündürlükdə uçmaq qadağandır, bu halda ən yüksək sürət 160 km/saatı ötməməlidir. Uçuşlar yalnız gündüzlər həyata keçirilməlidir və onların çəkisi 25 kq-ı ötməməlidir. Bundan başqa, qaydalar tələb edir ki, uçuş zamanı pilotsuz təyyarə operatorun görünüş zonasında olsun və uçan obyektdən hər hansı yükü tullamaq ona qadağan edilib. Beləliklə, müxtəlif məhsulların tədarükü üçün dronlardan istifadə əvvəlki kimi “FAA”-nın tələblərinə ziddir, amma  pilotsuz təyyarələr kənd ərazisində və ya xilasedici əməliyyatlar zamanı tətbiq edilə bilər.
 
“FAA” tərəfindən təklif edilmiş qaydalar layihəsi hələ son deyil. İndi dərc edilmiş sənəd 60 gün ərzində ictimai müzakirədən keçəcək, bundan sonra ona bir sıra düzəlişlər əlavə ediləcək. Yeni qaydalar 2016-cı ildə qüvvəyə minə bilər.
 
“FAA”-nın hesablamalarına görə, dronların istifadəsindən illik iqtisadi mənfəət təxminən 100 milyon dollar təşkil edə bilər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL