waplog

Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı yeni elektron xidmətlər hazırlanır


Azərbaycan Müəllif  Hüquqları Agentliyi “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrası ilə əlaqədar yeni elektron xidmətlər yaradır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə agentliyin 2014-cü il üzrə fəaliyyəti barədə qısa icmalda deyilir.

İcmalda həmçinin əks olunur ki, hazırda əsərlərin və qeyri-maddi irsin, o cümlədən folklor nümunələrinin kontentinin milli reyestrinin, həmçinin müəllif-hüquq lisenziyaları ilə təmin olunan açıq təhsil resurslarının yaradılması üzərində iş aparılır. Bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aidiyyəti vəzifələrin icrasının təmin edilməsi məqsədi daşıyır.


CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL