waplog

Yeni optik disk formatı “Ultra HD Blu-ray” adlanacaq


"Blu-ray Disc Association" təşkilatının rəhbərliyi təsdiqləyib ki, "Blu-ray" disklərinin yeni formatı "Ultra HD Blu-ray" adlanacaq.
 
"ICTnews" elektron xəbər xidməti "ixbt.com" saytına istinadən bildirir ki, cari ilin ortalarında yeni formatın lisenziyalaşdırılmasına başlanılacaq. Assosiasiyadan hesab edilir ki, ilk "Ultra HD Blu-ray" diskləri ilin sonunadək hazır olacaq. Xatırladaq ki, "CES 2015" sərgisində "Panasonic" şirkəti "4K" və "HDR" təsvir ölçülü videoları dəstəkləyən dünyanın ilk "Blu-ray" disk oxuducusunu nümayiş etdirib.
 
Yeni format saniyədə 60 kadr sürətlə 3840x2160 piksel təsvir ölçülü videonu göstərə bilər və "HDR" texnologiyası təsvirin kontrastlığının artımı üçün nəzərdə tutulub.
 
Formatın özünə gəlincə, "HEVC" ("High Efficiency Video Coding") və ya "H.265" kodekindən istifadə olunur və axının sürəti 100 Mbit/s-yə çatır. Axının yüksək sürəti və onunla bağlı təsvirin yüksək keyfiyyətini "Ultra HD Blu-ray" formatının axın yayımı xidmətləri üzərində üstünlüklərindən biri kimi hesab etmək olar.
 
Diskin həcmi hələ açıqlanmayıb. Gözlənilir ki, disklər ikiqatlı (66 QB) və üçqatlı (100 QB) olacaq.
 
"Ultra HD Blu-ray" disklərinin oxudulması üçün yeni oxuducular lazımdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL