waplog

Barselonada gələn ay “Mobile World Congress 2015” keçiriləcək


Barselonada martın 2-də mobil texnologiyalar sahəsində nəhəng hadisələrdən biri olan “Mobile World Congress” sərgisi işə başlayacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dünya səviyyəli görüş iki əsas meydançada keçirilir: texnoloji yeniliklər sərgisi MWC və telekommunikasiya, İT sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə konfrans.
 
“GSMA Mobile World Congress” xarici əlaqələrin möhkəmləndirilməsi və brendin inkişafı daxil olmaqla, biznesin inkişafı üçün geniş imkanlar təqdim edir. Məhz MWC mobil sahədə əsas uğurlar ictimaiyyətin diqqətinə çatdırılacaq.
 
Tədbir İKT sektorunun liderlərini, novatorları və tədqiqatçıları toplayacaq və onlar mobil rabitənin və bu sahədə ticarətin inkişafını müəyyən edirlər. Sərgidə yüzlərlə operator və mobil avadanlıq istehsalçıları iştirak edəcəklər. Konfrans çərçivəsində elmi diskussiyalara yer ayrılacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL