waplog

Maykl Dell bu gün anadan olub


1965-ci il fevralın 23-də dünyanın ən böyük kompüter şirkətlərindən biri "Dell"in yaradıcısı Maykl Dell anadan olub. Hələ uşaqlıqdan onda  sahibkarlıq qabiliyyəti özünü göstərib. Tətildə poçtda işləyib. Onun vəzifəsi qəzetin abunəçilərinin sayını çoxaltmaq olub. Hər bir yeni abunəçi əlavə gəlir demək idi.

O, məktəbi bitirdikdən sonra Texas Universitetinin tibb fakültəsinə daxil olub və orada kompüterlərin satışı ilə məşğul olan "PC's Limited" firmasını yaradıb.

Yeni şirkət gəlir gətirməyə başladıqda Maykl Dell universiteti ataraq biznesi ilə məşğul olmağa başlayıb. 1987-ci ildə şirkətin adı "Dell Computer Corporation"a dəyişdirilib. 2003-cü ildən isə "Dell Inc" adlanır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL