waplog

İlk ABŞ operatoru Kuba bazarına çıxır


ABŞ-ın "IDT Corporation” uzaq məsafələr üçün telefon zəngləri operatoru Kubanın “ETECSA” rabitə operatoru ilə iki ölkə arasında telefon xidmətlərinin göstərilməsinə dair saziş imzalayıb.
 
Kubanın “Empresa de Telecomunicaciones de Cuba S.A” şirkəti bəyanatla çıxış edərək sazişi ABŞ və Kuba arasında birbaşa rabitə əlaqəsinin bərpası adlandırıb. Bəyanatda qeyd olunur ki, saziş iki  xalq arasında rabitənin imkanlarını və keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək.
 
Öz növbəsində “IDT” rəhbəri sazişi irəliyə atılan addım adlandırıb. Şirkətin baş direktoru Bill Pereyra bildirib ki, bu, ABŞ və Kuba arasında telekommunikasiyaların liberallaşdırılmasında ilk vacib addımdır. Sazişin köməyi ilə biz abunəçilər üçün Kubadakı dostlara və qohumlara zəngləri sadələşdirə və ucuzlaşdıra biləcəyik.  
 
Ötən həftə saziş baxılmaq üçün ABŞ Rabitə Federal Komissiyasına təqdim olunub. Layihə təsdiq olunacağı təqdirdə “IDT” Kuba ilə birbaşa rabitə əlaqəsi olan ilk ABŞ operatoru olacaq, - "Telekomza” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL