waplog

ABŞ məktəblilərinin “iPad” planşetləri ilə təmin edilməsi arzu kimi qaldı


Los-Anceles Birləşmiş Məktəb Dairəsi (LAUSD) 2014-cü ilin sonunadək bütün şagirdləri “iPad” planşet kompüterləri ilə təmin etməyi planlaşdırırdı. Birinci mərhələdə 31 min şagirdə sözügedən qurğu verilməli idi, halbuki layihənin sonunadək planşetlərin ümumi sayı 640 min təşkil etməli idi. Ancaq layihəyə düzəlişlər edilib.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “LAUSD”-un rəhbəri Reymon Kartines deyib ki, idarə şagird, müəllim və təhsil müəssisələrinin administrasiyasını “Apple”ın planşetləri ilə təmin etməkdən ötrü milyard dollar xərcləməyəcək.

"Bu mənə tamamilə mənasız gəlir – Kartines bildirib. Biz hələ kitabxanaların açılışı kimi fundamental məsələləri həll etməmişik, amma hamıya “iPad” planşeti paylamaq istəyirik". "Təhsil sahəsi pul üzərində  sınaqlar aparılası yer deyil" – o deyib.

Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL