waplog

ABŞ-da onlayn tələbələrə robotlar verilib


ABŞ-ın Miçiqan Dövlət Universiteti onlayn tələbələrin onlayn məşğələlərdə iştirakını təmin etmək məqsədilə onlara fərdi robotların verilməsi ilə bağlı qərar çıxarıb.    

Seminarların onlayn iştirakçılarına ciddi yanaşılmaması səbəbindən ali məktəb bu üsulla distansiyalı təhsil alan tələbələrin ayı-seçkiliyinə son qoymağı düşünür. Hazırda yeni texnologiya təhsil psixologiyası və texnologiyalara həsr edilən doktorluq proqramında sınaqdan keçirilir.  

“Revolve Robotics” şirkəti tərəfindən buraxılan "KUBI” robotu oxşar qurğulardan mühüm cəhətləri ilə fərqlənir. Şirkət adi “iPad” planşetini robotlaşmış teleiştirak sisteminə çevirən xüsusi tutqaclar istehsal edir. Fırlanan platformaya qoşulan planşeti evdən idarə etmək, auditoriyada danışılanları eşitmək, suallar vermək mümkündür. Bu yaxınlarda bu qurğu üçün teleoperator funksiyasının yer aldığı yenilənmiş əlavə buraxılıb. Əlavə məsafəli istifadəçiyə dünyanın müxtəlif nöqtələrində olan robotlar arasında qoşulmağa imkan verir, - “IT Expert yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL