waplog

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT təchizatını təkmilləşdirir


Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi  İT təchizatını təkmilləşdirmək məqsədi ilə şəhər və rayon maliyyə idarələrində işçilərin kompüterlərini sazlamaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, agentlik şəhər və rayon maliyyə idarələrində işçilərin vahid domenə daxil edilməsi, işçilər üçün korporativ e-mail ünvanların yaradılması, müvafiq antivirus və məsafədən qoşulma proqramlarının tətbiqini nəzərdə tutub.

Bununla yanaşı, Dövlət Xəzinədarlığı Agentliyində istifadə olunan verilənlər bazasında məlumatların optimallaşdırılması, partisiya indeksasiyası işlərinin aparılması, “SAP ABAP” dilində yazılmış RFC sorğuların PL SQL üzərinə keçirilməsi və optimallaşdırılması işlərinin  həyata keçirilməsini planlaşdırır.
 
Hazırda müvafiq şirkətlərlə bununla bağlı danışıqlar aparılır və yaxın zamanda nəzərdə tutulanların icrasına başlanılacaq.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL