waplog

Belarusun İKT şirkətləri Bakıya gəlir


Belarus Respublikasının bir sıra sahələr üzrə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin Bakıya səfəri gerçəkləşəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, forumda Belarus şirkətləri istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verəcəklər, Azərbaycanın investisiya bazarı haqqında məlumat toplayacaq və ortaq layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparacaqlar.
 
 
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək forumda azərbaycanlı iş adamları və sahibkarlar iştirak etməyə dəvət edilir.
 
SEYMUR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL