waplog

Alimlər "iPhone" vasitəsilə pasientlər haqda məlumat toplayacaq


"Apple" şirkəti alimlər üçün yeni "ResearchKit"əlavə proqramını istifadəyə verəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu alət  açıq mənbə üzərindən alimlərə "iPhone" vasitəsilə pasientlərhaqda məlumat yığmaq imkanı verəcək.
 
Bir neçə yüksəksəviyyəli araşdırma institutları "ResearchKit" platforması ilə işləmək, həmçinin  astma, döş xərçəngi, ürək xəstəliyi, diabet və Parkinson xəstəlikləriniöyrənmək üçün və araşdırma aparmaq üçün yeni əlavələr yaradıblar. Bu ali məktəblər arasında Stenford Universitetinin  Səhiyyə Məktəbi və  WeillCornell Səhiyyə Kollecini qeyd etmək olar.
 
"ResearchKit" platforması "Apple" şirkətinin "HealthKit"proqramı ilə birgə işləyəcək. Belə ki, “iPhone” vasitəsilə çəki, qan təzyiqi, şəkərin səviyyəsini və astma barəsində məlumat toplamaq, sağlamlıq və fitnessfunksiyalarındanistifadə etmək olar.
 
Proqram tərtibatçılara yeni nəsil araşdırma populyasiyası yaratmağa və  adi akademik səhiyyə mərkəzlərinə xas olan məsafə asılılığını aradan götürməyə kömək edəcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL