waplog

“Google”: Yaxın gələcəkdə insanlar 500 il yaşayacaq


Hazırda təbabətin müasir nailiyyətləri və sağlam həyat tərzi insanlara 120 il yaşamaq imkanı verir.
 
"ICTnews" elektron xəbər xidməti "tgdaily.ru" saytına istinadən bildirir ki, lakin artıq yaxın gələcəkdə biomexanika və səhiyyə sahəsində innovativ  texnologiyalar insan ömrünü 500 ilədək artırmağa imkan verəcək, ABŞ-ın "Google" korporasiyasının vençur investisiya bölməsinin prezidenti Bill Meris belə hesab edir.
 
Meris bildirib ki, insanın fizioloji potensialı onun 500 il yaş həddi haqda danışmağa əsas verir. Əgər həmin məsələyə gen mühəndisliyi və biomexanika sahəsindəki nailiyyətləri əlavə etsək, o zaman insanın bu yaş həddinə çatmaq imkanı dəfələrlə artır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL