waplog

"Ağıllı" saatlar üzrə ən böyük satıcıların adı açıqlanıb


“Statista” analitik şirkəti “ağıllı” saatlar üzrə ən böyük satıcıların reytinqini tərtib edib. Hələ ki “Samsung” şirkəti liderlik edir, amma bir neçə ay sonra vəziyyət dəyişə bilər.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə “Samsung” 1,2 milyon kompüterləşmiş saat satıb, halbuki bu bazarın ümumi həcmi 6,8 milyon təşkil edib.
 
2014-cü ildə “ağıllı” saatların satışı üzrə ikinci pilləni “Pebble” şirkəti tutub. Smart saat bazarının “pioner”lərindən biri hesab edilən bu şirkət 700 min qurğu satıb ki, bu da qlobal satışın 10,3 faizinə bərabərdir. Yeri gəlmişkən, “Samsung”un bazar payı 17,6 faiz təşkil edir. 8,8 faizlik bazar payına malik “Fitbit” şirkəti üçüncü pilləni tutub.
 
Liderlər qrupunda, həmçinin “Sony” və “Lenovo” şirkətləri yer alıb: adı çəkilən şirkətlər müvafiq olaraq 550 və 500 min "ağıllı" saat satıblar.
 
2014-cü ildə "ağıllı" saatların orta qiyməti təxminən 190 dollar təşkil edib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL