waplog

“Microsoft” öz məhsullarındakı 45 boşluğu aradan qaldırdı


“Microsoft” korporasiyası 14 təhlükəsizlik bülleteni buraxıb ki, onların 12-si “Windows” əməliyyat sistemi üçün nəzərdə tutulub. Ümumilikdə yeniləmə paketi 45 boşluğu aradan qaldırmağa hesablanıb.

Yeniləmə paketi “Windows Server 2003”, “Windows Vista”, “Windows Server 2008”, “Windows 7”, “Windows Server 2008 R2”, “Windows 8” və “Windows 8.1”, “Windows Server 2012” və “Windows Server 2012 R2”, “Windows RT” və “Windows RT 8.1” əməliyyat sistemləri üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, beş bülleten "kritik" kimi təyin edilib. Bu tip bülletenlər kibercinayətkarlara sistemdə ixtiyari kodu məsafədən icra etməyə imkan verən boşluqların aradan qaldırılması üçün nəzərdə tutulub. Qalan bülletenlər "əhəmiyyətli" statusuna malikdir. Onlar fərdi məlumatlara girişə imkan verən səhvləri aradan qaldırır.

Bülletenlərdən biri “Internet Explorer” brauzerindəki 11 boşluğu aradan qaldırır. Bu bülleten brauzerin 6-11-ci versiyaları üçün nəzərdə tutulub. “Office” proqram paketi üçün təhlükəsizlik bülleteni 2007, 2010 və 2013 versiyalarını əhatə edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL