waplog

“Gartner”: “İT xidmətləri rəhbərləri üçün “bulud” sistemləri yeni layihələrin həyata keçirilməsində əsas variant deyil”


 “Gartner” analitik şirkəti tərəfindən İT xidmətləri direktorları arasında keçirilən sorğudan məlum olub ki, yalnız cüzi layihələrdə ümumi “bulud” sistemləri həyata keçirilmədə əvvəlcədən əsas variant hesab edilir.

Analitiklərin qənaətinə görə, əksər rəhbərlər mövcud infrastruktura güvənməyi üstün tutur. Bir sıra hallarda məhz bu “bulud” texnologiyalarının tətbiqi üçün əsas maneə olur. Rəyi soruşulanların yarısının “bulud” sistemləri diqqətəlayiq variant kimi hesab etməsinə baxmayaraq bəzən rəhbərlər “bulud” texnologiyalarından istifadəni imitasiya edərək mövcud olan xidmətləri bu terminlə adlandırır.
 
Sorğudan həmçinin aydın olub ki, sistemlərin hazırlanması zamanı ən vacib problem mobil interfeyslərin yaradılmasıdır. Əlavələrə müxtəlif qurğulardan müraciət ediləcək və onları bunu nəzərə almaqla hazırlamaq tələb olunur.  
 
"Gartner” mütəxəssisləri qeyd edirlər ki, İT xidmətləri proqnozlaşdırma analitikasının tətbiqi üçün təməl yaratmalıdır. Onun qiyməti paralel emal vasitələrinin yaradılması sayəsində azalır. Nəhayət, son olaraq yeni nəsil texnologiyaların - “Əşyaların interneti”, kompüter tədrisi, “3D” çap, robot texnikası və s. gəlişinə hazırlaşmaq lazımdır, - "Computerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL