waplog

“VAIO” brendi altında ilk smartfon təqdim olunub


Yaponiyanın “Sony” şirkəti öz kompüter biznesi ilə birgə, həmçinin “VAIO” brendinin istifadə hüququnu satıb. Məlum olub ki, bu brend adı altında yalnız noutbuk deyil, həm də smartfon buraxılacaq.
 




“VAIO Corporation” şirkəti tərəfindən hazırlanmış “VAIO Phone” adlı model “HD” təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru, 2 QB əməli yaddaş və 16 QB-lıq fləş daşıyıcı ilə təchiz edilib. Multimedia məzmunu və başqa informasiyanı yadda saxlamaq üçün 64 QB tutumadək “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə etmək olar.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir. İstehsalçı əmin edir ki, qurğu avtonom iş vaxtı danışıq rejimində təxminən 800 dəqiqə, gözləmə rejimində isə 500 dəqiqə işləyəcək. Cihazın əsas kamerası 13, ön kamerası 5 meqapiksellik matrislə təchiz olunub.
 
Qurğunun ölçüləri 71,3x141,5x7,95 mm, çəkisi 130 qramdır. “Android 5.0” əməliyyat sistemi ilə işləyir, “LTE” şəbəkələrə qoşulmanı dəstəkləyir.
 
“VAIO Phone” qurğusu martın 20-də Yaponiyada satışa başlanacaq. Dəyəri təxminən 420 dollardır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL