waplog

Azərbaycanın E-hökumət quruculuğu istiqamətində gördüyü işlər Mərakeş ictimaiyyətinə təqdim olunub


Mərakeş Krallığının paytaxtı Rabat şəhərində “Rəqəmsal dematerializasiya ekosistemi” konfransı keçirilib.

Tədbirdə krallığın dövlət orqanlarının nümayəndələri ilə yanaşı, “IBM”, “Thales”, “Gemalto” kimi nüfuzlu şirkətlərin nümayəndələri də iştirak ediblər. Azərbaycanda fəaliyyət göstərən İKT şirkətlərinin də qatıldığı konfransın keçirilməsində əsas məqsəd dövlət və özəl xidmətlərin elektronlaşdırılması istiqamətində rəqəmsal infrastrukturun tətbiq edilməsi sahəsində fikir mübadiləsinin aparılması və bu sahədə qabaqcıl təcrübələrin müzakirəsi üçün interaktiv dialoq imkanının təmin edilməsi olub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “B.EST Solutions” şirkətinin təsisçisi, Azərbaycan-Estoniya Ticarət Palatasının sədri xanım Yana Krimpe çıxış edərək ölkəmizdə qabaqcıl hökumətin elektron idarə edilməsi modelinin tətbiqi sahəsində görülmüş işlərdən danışıb, həmçinin rəhbəri olduğu şirkətin elektron və mobil hökumət konsepsiyalarının realizasiyası istiqamətində tələb olunan texnoloji sistem həllərinin işlənib hazırlanmasında qazandığı təcrübənı paylaşıb. Onun mobil hökumətin bərqərar edilməsi prosesində innovativ yanaşmaların tətbiqi mövzusunda çıxışı, xüsusilə Azərbaycanın mobil elektron imza texnologiyası olan “Asan İmza” barədə təqdimatı auditoriyanın böyük marağına səbəb olub.
 
Vurğulanıb ki, dünyada ilk dəfə olaraq Azərbaycanda mobil rəqəmsal imza texnologiyasının tətbiqi zamanı dövlət və özəl sektorun tərəfdaşlığı prinsipi nəzərə alınıb. Bu da sözügedən texnologiyanın olduqca yüksək templərlə tətbiqinə və inkişafına zəmin yaradır. Eyni zamanda, digər ölkələr üçün mühüm maraq kəsb edir.
 
 
Qeyd etmək lazımdır ki, sözügedən konfrans Mərakeşin sosial-iqtisadi mühitində rəqəmsal dematerializasiya istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edilib və üç il əvvəl baş tutan “Rəqəmsal etimadın iştirakçıları” seminarının davamıdır.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL