waplog

2019-cu ilədək “Bitcoin” istifadəçilərinin sayı 5 milyona yaxınlaşacaq


“Juniper Research” analitik şirkətinin məlumatına görə, 2019-cu ilədək dünyada aktiv “Bitcoin” virtual valyuta istifadəçilərinin sayı 4,7 milyona çatacaq.
 
Bildirilir ki, 2014-cü ildə virtual valyutadan 1,3 milyon nəfər aktiv istifadə edib. Ekspertlər qeyd edirlər ki, “Bitcoin” birja hərraclarında liderliyini saxlayacaq.
 
Ekspertlər “Bitcoin” ödənişlərin artımına səbəb ola biləcək bir sıra amilləri sadalayıb. İlk növbədə bu, “Bitcoin” ödənişlər və son istifadəçilər arasında əlaqələrin çətin olmasına aiddir. İkinci səbəb kimi cinayətkarların pul vəsaitlərinin yuyulması üçün rəqəmli valyutadan istifadə etmələri qeyd edilir. Bu, kriptovalyutanın kütləvi tətbiqinin qarşısını alan əlavə amildir.
 
Mütəxəssislərin fikrincə, tənzimlənən virtual valyuta birjalarının tətbiqi vəziyyəti sabitləşdirə və kriptovalyutadan istifadəni artıra bilər. Bundan başqa, virtual valyuta protokollarından tranzaksiyaların real vaxt rejimində həyata keçirildiyi sahələrdə istifadə etmək mümkündür.
 
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Payspacemagazineyazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL