waplog

Avropol rəhbəri: “Şifrləmə hüquq-mühafizə orqanları üçün böyük problemdir”


İnternetin gizli sahələri və rabitə vasitələrinin şifrlənməsi terrorçuların müəyyən edilməsini xeyli çətinləşdirib.

Bu barədə “BBC” nəşrinə müsahibədə Avropol rəhbəri Rob Ueynrayt deyib. Onun sözlərinə görə, şirkətlər qabaqcıl şifrləmə vasitələrinin hüquq-mühafizə orqanlarına necə ziyan vurmasını anlamalıdırlar.
 
R.Ueynrayt bildirib ki, təşkilat tərəfindən aparılan son təhqiqatlardan məlum olub ki, terrorçular şifrlənmiş rabitə vasitələrindən istifadə edirlər. “Bu, vətəndaşları terror təhdidlərindən qoruyan polis və xüsusi xidmət orqanları üçün az qala böyük problemə çevrilib”, - o qeyd edib.
 
“Şifrləmənin tətbiqi antiterror əməliyyatlarının aparılmasının mahiyyətini dəyişib. Əvvəllər biz bütün kommunikasiya növlərində qeyri-qanuni fəaliyyət hallarını aşkar edə bilirdiksə, indi belə imkan yoxdur”, - R.Ueynrayt vurğulayıb. Onun sözlərinə görə, terrorçular “kölgəli şəbəkə”dən aktiv istifadə edərək polis və xüsusi xidmət orqanlarından gizlənə bilirlər.  
 
Bundan başqa, Avropol rəhbəri istifadəçilərə smartfonlarda məlumatları şifrləməyə imkan verən “Apple” kimi şirkətlərdən şikayət edib, - "SecurityLabyazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL