waplog

Mobil operator güzəştli kampaniyasını dayandırır


Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti aprelin 30-da "Asan İmza" mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddətinin bitdiyini bildirib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ötən ilin 16 may tarixindən etibarən qüvvədə olan bu kampaniya çərçivəsində hər üç "Asan İmza" istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 manat təşkil edib və bununla əvvəlki qiymətlərlə müqayisədə "Asan İmza"nın əldə edilməsi üzrə vətəndaşlara 40 faiz, hüquqi şəxslərin nümayəndələrinə 90 faiz, dövlət qulluqçularına isə 80 faiz qənaət etmək imkanı yaradılıb.
 
İstifadəçilər arasında "Asan İmza" mobil elektron imzanın artan populyarlığı, eləcə də "Asan İmza"nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib.
 
Beləliklə, bu il mayın 1-dən etibarən "Asan İmza" istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 manat, aylıq abunə haqqı 1 manat, göndərilən 1 SMS ismarışının qiyməti isə 0,03 manat təşkil edəcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL