waplog

2019-cu ilədək dünyada elektron qurğuların satış həcmi 126 milyon ədədə çatacaq


“IDC” analitik şirkətinin məlumatına görə, 2015-ci ildə dünyada 45,7 milyon elektron aksessuar satılacaq ki, bu da 2014-cü ilin göstəricisindən 133,4 faiz çoxdur. Şirkət analitikləri həmçinin satış həcminin 2019-cu ildə 126,1 milyon qurğuya çatacağını proqnozlaşdırırlar.
 
Bildirilir ki, tələbatın artmasına istehsalçıların “ağıllı” aksessuarların buraxılışına keçməsi xidmət edir. Analitiklər bura müstəqil tərtibatçılar tərəfindən yazılan proqramları işə sala bilən qurğuları, o cümlədən “Apple Watch”, “Motorola Moto 360” və “Samsung Gear” qurğularını aid edirlər. Bu sinfə aid qurğuların satışı 2015-ci ildə beş dəfə artaraq 25,7 milyon təşkil edəcək.
 
Elektron aksessuarların 80 faizindən çoxu biləkdə taxılmaq üçün nəzərdə tutulan qurğular (saatlar, qolbaqlar və s.) təşkil edəcək. İkinci yeri bədənin hər yerində daşımağın mümkün olduğu bəzəklər və ya kəmərli modul qurğular tutacaq. Onları hazırlamaq digər tip qurğularla müqayisədə daha asandır. Qurğuların sürətlə artan kateqoriyasını elektronikanın quraşdırıldığı geyim əşyaları təşkil edəcək. Analitiklərin fikrincə, payı məhdud sayda qalacaq elektron eynəklər ilk növbədə korporativ mühitdə tətbiq ediləcək, - "Сomputerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL