waplog

“Huawei” tədqiqat və işləmələrə xərclərini 33 faiz artırıb


Ötən il “Huawei” şirkətinin elmi tədqiqatlara xərcləri 2013-cü illə müqayisədə 29 faiz yüksələrək 6,6 milyard dollar təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, hazırda “Huawei” şirkətinin baş direktoru vəzifəsini tutan Ken Xu deyib ki, şirkət yaxın illərdə beşinci nəsil rabitə texnologiyasının (5G) inkişafına 600 milyon dollar yatıracaq. İndi Çində “4G” texnologiyaları aktiv inkişaf edir, təxminən beş il sonra “5G” texnologiyasından kütləvi istifadə başlanacaq.

“Huawei” smartfon bazarında “Lenovo”, “Xiaomi”, “Coolpad” və “ZTE” kimi şirkətlərlə sərt rəqabət aparır. İnkişaf etməkdə olan ölkələrdə orta və bahalı qiymət kateqoriyalarına məxsus modellərə yüksək tələbat Çin şirkətinin istehlak smartfonları seqmentində uğur əldə etməsinə imkan yaradıb.

Ken Xu izah edib ki, “Huawei” şirkəti gələcəkdə simsiz internet xidmətləri və bank xidmətləri və kənd təsərrüfatı daxil olmaqla ənənəvi iqtisadiyyat sektorlarının inteqrasiyasına köklənməyi planlaşdırır. "Bu sektorların informasiyalaşdırılmasına ehtiyac duyulur" – Xu deyib.

Məlumat üçün bildirək ki, “Huawei” şirkəti 1987-ci ildə keçmiş hərbçi Jen Çjenfeem tərəfindən təsis edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL