waplog

Azərbaycanla İsrail arasında elmi-innovativ layihələrin həyata keçirilməsi istiqamətində əlaqələr daha da inkişaf etdirilməlidir


Azərbaycanla İsrail arasında elmi-innovativ layihələrin həyata keçirilməsi istiqamətində əlaqələr daha da inkişaf etdirilməlidir.
 
Bu zərurəti AMEA prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə keçirdiyi görüşdə nəzərə çatdırıb. Akademiyadan qeyd edilib ki, A.Əlizadə qonağa Azərbaycanda elm və təhsilin inteqrasiyası, həmçinin elmi-innovativ layihələr barədə məlumat verib.
 
 
Səfir R.Harpaz İsrailin elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin elmi-tədqiqat imkanları və elmi-biznes mühiti haqqında məlumat verib.
 
 
Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi-tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar və azərbaycanlı tələbələr üçün İsrail universitetlərində təqaüd proqramları müzakirə edilib.
 
 Sonda R.Harpaz Azərbaycan alimlərindən ibarət nümayəndə heyətini bu ilin avqustunda İsraildə təşkil olunacaq Dünya Elm Konfransına dəvət edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL