waplog

Vyetnamda piyadalara yolu keçməyə kömək edən robot yaradılıb


Vyetnamda yolu keçmək asan məsələ deyil. “YouTube” videohostinqinə yerləşdirilmiş çoxsaylı çarxlar buna sübutdur: şəhər küçələri skuter və başqa nəqliyyat vasitələri ilə doludur və onlar, demək olar ki, heç vaxt nəqliyyat vasitəsini piyadaların qarşısında saxlamırlar.

Piyadalara yolu keçməyə kömək üçün yerli universitetlərdən birinin tələbələri təkərli platformada işləyən robot düzəldiblər və keçidlərdən birində təcrübə aparıblar.
 
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, robotun hündürlüyü 2 metrdir, uniforma geyindirilib, başında şlem və sağ əlində metal çubuğa malikdir. O, ətraf mühiti ultrasəs ötürücülər massivinin köməyi ilə tanıyaraq hərəkət edir.
 
Piyadaya yolu keçməkdə köməkdən əvvəl robot öncədən yazılmış ifadəni səsləndirərək özünü ona təqdim edir və yolun o biri tərəfində sağollaşaraq geri dönür. Robotun batareyasının tutumu 50 keçid üçün kifayətdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL