waplog

Kiçik və orta müəssisələr üçün biznes-əlavələr üzrə Birinci Forum işə başlayıb


Bu gün Azərbaycan Diplomatik Akademiyasında SAP ilə əməkdaşlıq çərçivəsində kiçik və orta müəssisələr üçün biznes-əlavələr üzrə Birinci Forum işə başlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, forum çərçivəsində ADA ilə SAP-ın birgə səyləri nəticəsində Milli proqram təminatı platformasının yaradılması üzrə təcrübə mərkəzinin açılışı olub.
 
Bu forumun keçirilməsi ADA-nın SAP-ın tamhüquqlu üzvü olmasını və ilk Reqional Təcrübə Mərkəzinin yaradılmasını təsdiqləyir. Tədbir iştirakçıları, kompleks seminarlar, nümayişlər, “dəyirmi masa”larda beynəlxalq səviyyəli ekspertlərlə dərin müzakirələr apararaq onların müəssisələrinin “SAP Business One” proqramlarının istifadəsi ilə ilk milli biznes əlavələrindən yararlana biləcəklərini öyrənəcəklər.

Tədbiri ADA Universitetinin rektoru Hafiz Paşayev açıq elan edib, sonra isə iştirakçılara “Azərbaycan – SAP MDB üçün əsas strateji tərəfdaşdır” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra digər məruzələr dinlənilib.

Sonra forum iştirakçılarına “BUZ Consalting”in baş direktoru Rəşid Ələkbərli tərəfindən Milli proqram təminatının qısa nümayişi təqdim olunub.
 
Tədbir çərçivəsində həmçinin  “TravelOne və InsuranceOne: turizm və sığorta üçün biznes-əlavələr” mövzusunda məruzə təqdim ediləcək və sonda tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL