waplog

ABŞ “Intel” korporasiyasına qadağa qoyub


ABŞ-ın hökumət strukturları məhsuldar hesablama sistemlərində tətbiq edilən “Intel” prosessorlarının Çinə tədarükünə qadağa ilə bağlı qərar qəbul edib.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, məlumata görə, bundan sonra “Intel” korporasiyası “Tianhe-1A” və “Tianhe-2” superkompüterlərinin hazırlanması ilə əlaqəsi olan Çinin dörd qurumuna “Xeon” və “Xeon Phi” çiplərini tədarük edə bilməz. Buna səbəb adıçəkilən güclü hesablama komplekslərinin nüvə maddələri ilə əlaqədar tədqiqat layihələri çərçivəsində istifadə olunması ilə bağlı şübhələrdir.
 
Qeyd edək ki, “Tianhe-2” hazırda dünyanın ən sürətli superkompüteridir: 33,86 petaflops sürətə malikdir. Pik məhsuldarlıq 54,9 petaflops təşkil edir.
 
Emil Hüseynov

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL