waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vakansiyalarına sənəd verən 465 namizəddən 13-ü müsabiqə qalibi olub


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının (DQMK) 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə 81 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.
 
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə komissiyadan məlumat verilib.
 
 
Müsabiqəyə təqdim edilmiş 922 vakant dövlət qulluğu vəzifəsi sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 vakansiyası yer almışdı.
 
 
Dövlət qulluğunda çalışmaq istəyənlər RYTN-in müsabiqəyə təqdim etdiyi vakansiyalara xüsusi maraq göstərib.
 
 
Belə ki, DQMK-nın müsabiqə qaliblərinin dövlət orqanları üzrə açıqladığı  statistikaya əsasən, RYTN-in 16 vakansiyasına 465 namizəd sənəd verib, onlardan 13-ü müsabiqənin qalibi olub.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL