waplog

51 il əvvəl bu gün dünyada ilk videozəng edilib


20 aprel 1964-cü il tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilmiş Ümumdünya sərgisində "Bell Telephone" şirkəti "Picturephone" videotelefonunu nümayiş etdirib və dünyada birinci videobağlantı  seansı baş tutub.

Qurğu ağ-qara ekran (saniyədə 30 kadr yeniləmə tezliyi) və kamera olmaqla iki hissədən ibarət olub.
 
Xüsusi kabinəyə daxil olaraq uzunsov qurğunun qarşısında oturmuş sərgi ziyarətçiləri minlərlə km uzaqlıqda yaşayan insanı ekranda görə və onunla ünsiyyət qura bilirdilər. Bir düyməyə sıxmaqla danışığı dayandırmaq mümkün idi. 1964-cü ilin iyununda "AT&T" şirkəti Nyu-York, Vaşinqton və Çikaqo şəhərlərində "Mod 1 Picturephone" aparatını quraşdıraraq kommersiya videobağlantı xidməti göstərməyə başlayıb.
 
 




Ümumdünya sərgisində "Picturephone" kabinələri. 1964-cü il

 

AT&T (hazırda ABŞ-da ən böyük mobil operatoru) şirkəti "Apple FaceTime" və "Google Hangouts"un sələfinin inkişafına 10 milyonlarla dollar məbləğində sərmayə yatırıb, amma perspektivli layihə öz xərclərini çıxartmayıb. Videoçat vasitəsilə ünsiyyət çox baha olub: 3 dəqiqəlik danışıq üçün 16 dollar ödəmək lazım idi. Beləliklə, 15 dəqiqəlik danışıq üçün abunəçi 80 dollar (inflyasiyanı nəzərə alsaq, hazırda 610 dollar) ödəməli idi.
 




"Mod 1 Picturephone"
 

1969-cu ildə "AT&T" şirkəti korporativ müştərilərə 5,5 düymlük ekranla təchiz edilmiş təkmilləşdirilmiş "Mod II" modelini satmağa başlayıb, amma eyni səbəbdən fiasko yaşanıb və 1971-ci ilin ortalarında layihə bağlanıb. Şirkət 1992-ci ildə "VideoPhone 2500" modelini buraxaraq videokonfranslar üçün qurğular bazarında yenidən öz gücünü yoxlamaq qərarına gəlib.
 
Yeni model rəngli qatlanan maye kristal ekranla təchiz edilib, amma əvvəlki kimi qurğunun qiyməti baha olub. "AT&T" aparatın ilkin qiymətini 1500-dən 1000 dollaradək azaldıb və sonralar onu gündəlik 30 dollardan icarəyə verməyə başlayıb.
 
Xatırladım ki, videozənglər yalnız 2003-cü ilin avqustunda ("Skype" internet telefoniya xidməti istifadəyə verilib, internet və daxili veb kameralarla təchiz edilmiş noutbuklar hər yerdə əlçatan olub) geniş populyarlıq əldə edib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL