waplog

İnternet planşetlər


“Nvidia” şirkətinin prezidenti Censen Huanq bildirib ki, onun şirkəti smartfon və internet planşetlər üçün güclü 4 nüvəli “SoC” çiplərin istehsalına yaxındır.

Şirkətin prezidenti qeyd edib ki, 4 nüvəli çip əsasında işləyən ilk “Android” planşetlər cari ilin sonuna kimi çıxacaq, bu isə “Nvidia” şirkətinə rəqiblərini, xüsusilə “Qualcomm” şirkətini qabaqlamağa imkan yaradacaq.

"Hal-hazırda biz faktiki olaraq, “Qualcomm” şirkətinin qarşısına nəsə ciddi bir məhsul çıxara bilən yeganə oyunçuyuq" – deyə Huanq bildirib.

Şirkətdən bildiriblər ki, prosessor kristalına yeni nüvələrin əlavə edilməsi – bu, akkumulyator yükünün qənaətli sərf edilməsinin saxlanılması vaxtı məhsuldarlığın artırılması üçün ən münasib yoldur. Bu isə müasir smartfon və planşetlər üçün çox əhəmiyyətlidir.

Hal-hazırda “Nvidia” artıq planşetlər üçün 2 nüvəli “Tegra2” videoçipi tədarük edir. Mobil elektronikanın ən böyük istehsalçılarından biri “Qualcomm” şirkəti 2 nüvəli “MSM8660” və daha sürətli və güclü “QSD8672” prosessorlarını tədarük edir.

Cari ilin sonuna kimi “Texas İnstruments” şirkəti 2 nüvəli “OMAP4470” mobil prosessorlarının tədarüklərinə başlayacaq. “Marvell” şirkəti də 2 nüvəli mobil çiplər tədarük edir.

Bunlarla paralel olaraq “Nvidia” şirkəti “CUDA” texnologiyasını dəstəkləyən mobil çiplərin istehsalını planlaşdırır.

“CUDA” sistemi vasitəsilə videonun redaktə edilməsi və ya şəkillərlə iş yalnız qrafik deyil, həm də mərkəzi çipin gücü hesabına yerinə yetirilir, bu isə hesablamaları əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Mərkəzi və qrafik çiplərin resursa tələbli məsələlər üzərindəki eyni zamanda olan işi indiyə qədər əsasən, superkompyuterlərdə istifadə olunub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL