waplog

CDMA standartları ilə çalışan telefonlar İMEİ-şifrələrin qeydiyyatı sisteminə qoşulmayacaq


CDMA standartları ilə çalışan telefonlar İMEİ-şifrələrin qeydiyyatı sisteminə qoşulmayacaq. Bu barədə İCTNews-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov məlumat verib.

"CDMA-telefonların İMEİ-şifrələrin məlumat bazasında qeydiyyatı o qədər də çətin deyil. Lakin bu gün başlıca məsələ GSM-оperatorlar şəbəkəsində çalışan telefonları tam əhatə etməsidir.

Bundan sonra CDMA standartlarına malik aparatların məlumat bazasında qeydiyyatının imkanlarının öyrənilməsinə mərhələli şəkildə baxmaq olar", - Təmirov bildirib. Onun fikrincə, CDMA-telefonların İMEİ-şifrələrin məlumat bazasında qeydiyyatı məsələsində ikinci dərəcəli amillərdən biri GSM abunəçiləri ilə müqayisədə bu rabitə standartının abunəçilərinin sayının az olmasıdır.

Buna baxmayaraq, zərurət yaranarsa, texniki işlər aparılmaqla bu qurğular sistemə qoşula bilər.

Qeyd edək ki, GSM tipli mobil telefonların İMEİ şifrələrinin qeydiyyatı Nazirlər Kabinetinin qərarından sonra həyata keçiriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL