waplog

“Nar” idman layihəsini uğurla başa çatdırdı


"Nar" "Bakı-2015" Avropa Oyunları ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın idman federasiyalarında "Açıq qapı" günlərini uğurla başa çatdırdı.

Sağlam həyat tərzi və idmanı təşviq edən operator layihə çərçivəsində Cüdo Federasiyası, Boks Federasiyası, Taekvondo Federasiyasında keçirilən açıq məşqlərin təşəbbüskarı qismində çıxış etdi. Bütün tədbirlərdə Azərbaycan yığma komandasını Avropa Oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak etdilər. Onlar idmanda ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaratdılar. 
 
Qeyd edək ki, layihə çərçivəsində "Nar" operatoru voleybol, güləş və karate federasiyalarında da "Açıq qapı" günləri keçirmişdi. Həmin tədbirlərdə ümumi hesabla 500-dən artıq uşaq və yeniyetmə, tanınmış idmançılar və məşqçilər iştirak ediblər.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL