waplog

13 meqapiksel kameralı ən ucuz smartfon


Çinin “Xiaomi” şirkəti Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş “Mi Launch 2015” konfransında yeni ucuz smartfonunu nümayiş etdirib.
 
“Mi 4i” qurğusunun korpusu polikarbonat materialından hazırlanıb və qalınlığı 7,8 mm, çəkisi 130 qram təşkil edir. Şirkətin nümayəndəsi bildirib ki, yeni qurğunun xüsusi örtüyü barmaq izi saxlamayacaq.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, qurğunun əsas kamerası 13 meqapiksel təsvir ölçüsünə malikdir. Ön hissədə 5 meqapiksellik kamera quraşdırılıb.
Yeni qurğu 1,7 QHs takt tezlikli 64 bitlik arxitekturaya malik və Hindistanda hazırlanmış səkkiznüvəli ikinci nəsil “Snapdragon 615 SoC” prosessoru ilə təchiz edilib. Bundan başqa, smarfton 2 QB  əməli və 16 QB daxili yaddaşa malikdir.
 
“Mi 4i” qurğusu 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib.
 
Akkumulyator batareyasının tutumu 3120 milliamper/saatdır.
 
Yeni smartfon “Android 5.0 Lollipop” mobil platformasının idarəetməsi ilə işləyir.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL