waplog

Keçmiş “Polaroid SX-70” fotokamerası yenidən satışa çıxarılıb


“Photojojo” şirkəti retro fotoaparat pərəstişkarlarına bərpa edilmiş “Polaroid SX-70” kameralarını təklif edir.

70-ci illərdə çıxarılan “SX-70” modeli sənaye dizaynının "ikona"sı sayılır. Fotokamera qatlanan konstruksiyaya malikdir və bağlı vəziyyətdə yastı qutuya oxşayır.

Satışa çıxarılan “SX-70” nüsxələri tam işlək vəziyyətə gətirilib; “Photojojo” şirkəti nasazlıq halında digəri ilə dəyişdirəcəkləri barədə söz verib. Kameralar fiksə edilmiş (bərkidilmiş) fokus məsafəsi olan obyektiv ilə təchiz edilib.

“Photojojo” şirkəti retro-kameraya indidən sifarişləri qəbul edir; onun qiyməti 350 dollardır. Tədarükləri oktyabr ortasında təşkil etmək planlaşdırılır.

Fotoaparat üçün “The İmpossible Project” (Polaroid 2008-ci ildən plyonka tədarükünü dayandırıb) şirkəti tərəfindən istehsal olunan plyonka təklif edilir. 8 şəkil üçün hesablanan “PX 100 İnstant Film” dəstinin qiyməti 22 dollar təşkil edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL